Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan milli komandanı təbrik etdi

Ərdoğan milli komandanı təbrik etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Kubokunun pley-off mərhələsində Kosovanı məğlub edərək final mərhələsinə yüksələn milli komandanı təbrik edib.

Newscenter.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı sosial media hesabında paylaşım edib.

"Pley-off finalında Kosovonu məğlub edərək 2026-cı il Dünya Kuboku finalına vəsiqə qazanan Milli Futbol Komandamızı ürəkdən təbrik edirəm",-deyə Türkiyə lideri vurğulayıb.

Prezident Ərdoğan əlavə edib:

"24 ildən sonra futbolun ən böyük səhnəsində ulduzlu-aypara bayrağımızı dalğalandıracaq Milli Komandamıza Avstraliya, Paraqvay və ABŞ-a qarşı qrup matçlarında, daha sonra isə finala çıxmağı ümid etdiyimiz matçlarda uğurlar arzulayıram. Əminik ki, oğlanlarımız həmişə olduğu kimi ulduzlu-aypara formasını qələbədən qələbəyə daşıyacaq və millətimizi qürurlandıracaq. Bütün idmançılarımızı alnından öpürəm".

Süleyman
Xəbəri paylaş