
"Bölgədə sülhün təmin olunması, axan qanın qarşısının alınması, problemlərin diplomatik yolla həlli üçün əlimizdən gələni etməkdəyik".
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri qeyd edib ki, İranla müharibə qlobal miqyasda ciddi problemlərə yol açır:
"Bu problemin qarşısını almağın yeganə yolu anlaşma, sövdələşmə, danışıqlar yoludur. Bunun üçün Türkiyə olaraq diplomatik fəaliyyətimizi davam etdiririk. Buna nail olmaq üçün əlimizi daşın altına qoymağa davam edəcəyik. Eyni zamanda bu istiqamətdə məsuliyyətimizi artıracağıq".
Anar












































