Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SEPAH-ın "Qüds" korupusunun Yaxın Şərqdə fəaliyyəti sona çatır

SEPAH-ın "Qüds" korupusunun Yaxın Şərqdə fəaliyyəti sona çatır


"İsrailin Livanda Hizbullaha qarşı hərbi əməliyyatları öz müsbət nəticəsini verəcək. Xüsusilə İranın zərbə alması və rejimin tam zəifləməsi təşkilata lojistika və maliyyə yardımlarının kəsilməsinə gətirib çıxaracaq".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, artıq Suriya üzərindən Hizbullahla quru əlaqəsi yoxdu:

"Livan hökuməti Hizbullahın ləğvində maraqlıdır. Hizbullah zəifləsə də Livanda öz siyasi mövqeyini qoruyub saxlayacaq".

O bildirib ki, İsrailin Litani çayının şimalina kimi bufer zona yaratmasi Hizbullaha ağır zərbədir:

"Hizbullah arsenalında olan raketləri və silahlari istifadə edir. Yaxın aylarda Hizbullah probleminə son veriləcək. İranın SEPAH-ın "Qüds" korupusunun Yaxın Şərqdə fəaliyyəti sona çatır".

Anar
Xəbəri paylaş