
İranla müharibə sona yaxınlaşır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp NBC telekanalına verdiyi müsahibədə deyib.
"Biz yaxşı iş görürük. Bu hərbi əməliyyat başa çatmaq üzrədir",-deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri hücuma məruz qalıb. İran isə cavab olaraq Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə zərbələr endirir.
Anar












































