
Rumıniya və Ukrayna birgə PUA istehsal edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rumıniya müdafiə naziri Radu Miruța və Ukrayna müdafiə nazirinin müavini Sergey Boev texnologiya transferi variantları da daxil olmaqla, pilotsuz uçuş aparatlarının birgə istehsalı imkanlarını müzakirə ediblər.
Layihə SAFE (Avropa Birliyinin hərbi kreditləşməsi) proqramı çərçivəsində 200 milyon avro dəyərində alacaq.
"Biz Müdafiə Nazirliyinin bu əməkdaşlıqda yalnız faydalanan tərəf deyil, mərkəzi oyunçu olmasını istəyirik. Buna görə də, hazırda bu layihəni yalnız özü idarə edəcək bir qrupun yaradılmasını müzakirə edirik. Müqavilənin may ayının sonunda imzalanması planlaşdırılır",-deyə Rumıniya Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir.
Anar












































