
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 təyyarəsində heç bir xarici müdaxilə əlaməti aşkar edilməyib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə ilə bağlı Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hazırlanmış Jandarma cinayət hesabatında belə qeyd edilir. Hesabata görə, təyyarədə heç bir xarici müdaxilə və ya partlayıcı maddə əlaməti aşkar edilməyib.
Qəza yerində sübutların toplanması, təyyarənin qalıqlarının araşdırılması və şahid ifadələrinin alınması üçün beynəlxalq prosedurlara əməl edildiyi istintaqda, ikitərəfli müqavilələr çərçivəsində Gürcüstanla tam əməkdaşlıq təmin edilib və sübutların dəyişdirilmədən Türkiyəyə gətirilməsi təmin olunub.
Hesabatda deyilir: "Təyyarənin yaxınlığında partlaya biləcək hər hansı bir sursatın təsirindən yaranan qəlpə izləri və ya zədə izləri tapılmadı. Əl istehsalı partlayıcı qurğunun və ya hər hansı bir partlayıcı qurğunun, eləcə də onun komponentlərinin partlamasından yaranan partlayış izləri qeydə alınmayıb"
Təyyarə qəzasının səbəbi araşdırılır.
Süleyman










































