
"Ukrayna körfəz ölkələrindən biri ilə dəniz pilotsuz təyyarələrinin tədarükü ilə bağlı razılığa gəlib".
Newscenter.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Körfəz ölkələrinə səfərinin yekunları ilə bağlı jurnalistlərə verdiyi açıqlamada deyib.
Zelenski dron tədarükünün hansı ölkədən nəzərdə tutduğunu dəqiqləşdirməyib. Ukrayna prezidenti bildirib ki, müqavilələr 10 il müddətinə bağlanıb. Lakin dronları təchiz edən konkret şirkət dəyişə bilər.
Anar












































