Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb

Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb


Gəncə Birləşmiş Uşaq Xəstəxanasında uşaq ölümü qeydə alınıb.

Newscenter.az bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hərarəti olan 2025-ci il təvəllüdlü, Şəmkir rayon Alabaşlı kənd sakini A. S. xəstəxanaya çatdırılıb.

Xəstəxanada 1 yaşlı körpəyə sistem köçürülüb. Lakin bundan sonra uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Meyit Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Xəbəri paylaş