
Avropa Şurasının prezidenti Antonio Kosta İran prezidenti Məsud Pezeşkiana çağırış edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Antonio Koşta İran prezidentinə zəng edərək Tehranı ABŞ və İsrailin hücumlarına qarşı qisas almağı dayandırmağa çağırıb. Koşta həmçinin, Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi və danışıqlara başlamağı İran prezidentinə tövsiyə edib.
Avropa Şurasının prezidenti X hesabında bu barədə yazıb:
"Prezident Pezeşkyanla telefon danışığında vurğuladım ki, AB İranı regiondakı ölkələrə hücumları dərhal dayandırmağa və Hörmüz boğazında naviqasiya azadlığını bərpa etməyə çağırır. Gərginliyin artması atəşkəsə və sülhə gətirib çıxarmayacaq. Buna yalnız danışıqlarla nail olmaq mümkündür".
Anar










































