
"Ordu dövlətin maraqlarını qorumaq üçün mövcuddur. Biz həmişə ən pis ssenariyə hazırlaşmalıyıq".
Newscenter.az BelTA-ya istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taatbek Masadykovla görüşündə deyib. Lukaşenko təşkilatın hər zaman respublikaya güvənə biləcəyinə əminlik ifadə edib.
"Siz təcrübəli insansınız, postsovet məkanını tanıyırsınız, eyni zamanda Qərbi də yaxşı tanıyırsınız. Ümid edirəm ki, ideoloji, təşkilati və təcrübənizə əsaslanaraq, KTMT aparatına rəhbərlik edə və KTMT-nin əsas fəaliyyət sahələrində bizə əla məsləhət və yardım göstərə bilərsiniz. Siz həmişə bizə etibar edə bilərsiniz", - deyə Belarus lideri baş katiblə görüşdə bildirib.
Lukaşenko qeyd edib ki, indi KTMT daxilində hərbi-siyasi məsələlərin geniş spektrini müzakirə etmək üçün yaxşı fürsətdir.
Anar











































