Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Qəzzanın taleyini yaşaya bilər

İran Qəzzanın taleyini yaşaya bilər


“Hava zərbələrinin davam etməsi, tərəflərin danışıqlar masasında əyləşmək üçün qəbuledilməz şərtlər irəli sürməsi İran ətrafında prosesləri daha da gərginləşdirir. Yaranmış vəziyyətdən isə daha çox sadə iranlıları əziyyət çəkir. Ona görə də İslam Respublikasının rəhbərliyi bu amili xüsusi nəzərə almalı, xalqı qırğına verməkdən çəkinməlidir”.

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, proseslər belə davam edərsə İran Qəzzanın taleyini yaşaya bilər:

“Artıq paytaxt Tehran başda olmaqla İranın bir sıra iri şəhərləri hava zərbələri nəticəsində ciddi ziyan görüb, hökumət və yaşayış binaları, iaşə obyektləri dağıdılıb. Bu isə çoxsaylı insan tələfatına yol açıb. Bir sözlə İranda həyat iflic olub. Düzdür, İran da öz növbəsində Birləşmiş Ştatların Körfəz ölkələrindəki hərbi bazalarına zərbələr endirir. Ancaq hesab edirəm ki, bunun sonu yoxdur. Hər nə qədər İran Silahlı Qüvvələri kifayət qədər raket kompleksinin olduğunu iddia etsə də, lakin ötən bir aydan artıq müddətdə İslam Respublikasının hərbi potensialı, xüsusilə ilə də uzaqmənzilli raketləri kifayət qədər azalıb. Bəzi hərbi ekspertlərə görə, İranın ən yaxşı halda yaxın 1 ay üçün uzaqmənzilli raket imkanları qala bilər. Sonrakı müddətdə İslam Respublikasının bu imkanları tükənəcək”.

Arzuman Muradlı onu da deyib ki, öz növbəsində ABŞ və İsrail də İrandan gözləmədiyi əks zərbələri alır. Xüsusilə, İranın ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarla yanaşı, digər nəhəng şirkətlər, enerji infrastrukturunu hədəf alması ümumilikdə qlobal miqyasda ciddi təhdidlər, təhlükələr yaradıb:

“Digər tərəfdən Hörmüz boğazında yaranmış vəziyyət də qlobal miqyasda enerji və yükdaşımalarında problemlərə yol açıb və nəticə etibarilə bir sıra ölkələr ciddi yanacaq böhranı ilə qarşılaşıblar. Ona görə də hesab edirəm ki, həm bu savaşın beynəlxalq miqyasda daha dərin xarakter almaması, həm də İranın Qəzzanın taleyini yaşamaması üçün tərəflər qısa müddətdə danışıqlar masası ətrafında oturaraq problemin danışıqlar yolu ilə həllinə nail olmalıdırlar”.

Süleyman
Xəbəri paylaş