
İsrail və Yunanıstan hökumət rəsmiləri Afinaya İsrailin PULS raket sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalayıblar.
Newscenter.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, müqavilənin dəyəri təxminən 750 milyon dollardır.
Sazişin imzalanma mərasimi Yunanıstanın paytaxtında baş tutub. Mərasimdə Təl-Əvivi İsrail Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Əməkdaşlıq İdarəsinin rəisi, briqada generalı Yair Kulas təmsil edib.
İsrail Müdafiə Nazirliyi bildirib ki, saziş İsrail və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlığın inkişafını əks etdirir. Bu, Müdafiə Nazirliyinin İsrail müdafiə ixracatını İsrail Müdafiə Qüvvələrinin imkanlarını qurmaq və gücləndirmək, bu siyasəti irəli aparmaq və müdafiə sənayesi, eləcə də iqtisadiyyatını dəstəkləmək üçün əsas vasitə kimi genişləndirmək strategiyasının bir hissəsidir.
Qeyd edək ki, PULS çoxnövlü raket sistemi İsrailin Elbit Systems şirkəti tərəfindən istehsal olunur. Buraxılış qurğusu təkərli və ya tırtıllı platformalara quraşdırıla bilər və 12-300 km məsafədə müxtəlif növ mərmiləri dəqiq şəkildə atmağa qadirdir.
Anar












































