Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ayın tədqiqi üçün strategiya hazırlayır

Rusiya Ayın tədqiqi üçün strategiya hazırlayır




Rusiyada 2060-cı ilə qədər Ayın Tədqiqi Strategiyası sənədi hazırlanır və Ay Proqramının optimal inkişafına imkan verəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) direktoru Anatoli Petrukoviç deyib. O bildirib ki, hazırda üzərində işlədiyimiz ən vacib sənəd "Ayın 2060-cı ilə qədər tədqiqi strategiyası"dır:

"Bu, bizim üçün strateji sənəd olacaq və bizə Ay proqramımızı optimal şəkildə tamamlamağa imkan verəcək".

Petrukoviçin hesabatına əlavə edilən slayda görə, sənədin hazırlanmasına 2025-ci ilin əvvəlində başlanılıb. Orada vurğulanan əsas komponentlər arasında gələcək Rusiyanın insanlı kosmik proqramı ilə inteqrasiyaya ehtiyac, strateji bərabərliyə nail olmaq üçün əsas amil kimi robototexnikanın inkişafı, kosmik nüvə layihəsi ilə əlaqələndirmə, özəl biznesin cəlb edilməsi və genişləndirilmiş beynəlxalq əməkdaşlıq yer alıb.

Anar
Xəbəri paylaş