Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın "Soyuz-5" raketi kosmosa göndəriləcək

Rusiyanın "Soyuz-5" raketi kosmosa göndəriləcək



Rusiyanın "Soyuz-5" raketi Baykonur kosmodromunda şaquli vəziyyətə gətirilib.

Newscenter.az TASS-a istinadən bildirir ki, raket tezliklə kosmosa buraxıla bilər. Məlumatı "Roskosmos"un rəhbəri Dmitri Bakanov da təsdiqləyib.

"2025-ci ildə Soyuz-5 raketinin hazırlanmasını başa çatdırdıq. Bütün lazımi sınaqları apardıq. O, hazırda Baykonur Kosmodromunda şaquli vəziyyətdədir. Düşünürəm ki, çox yaxın gələcəkdə bu işi necə həyata keçirəcəyimiz barədə xəbərlər eşidəcəksiniz", - deyə o, bildirib.

Qeyd edək ki, Rusiya "Soyuz-5" raketini hələ keçən il kosmosa göndərməyi planlaşıdırmışdı.

Anar
Xəbəri paylaş