
"ABŞ və İsrail arasında atəşkəs razılığı əldə olundu. Hər iki tərəf bunu qələbəsi kimi təqdim edir. Həqiqət isə odur ki, İran ciddi itkilərə məruz qalıb, ABŞ isə yekunda istədiyinə nail ola bilmədi və dünyadakı nüfuzu kəskin endi".
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, hər şey müqayisədə bəlli olur:
"5-ci ildir ki, təcavüzkar Rusiya ataşkəsə razı olmur, Ukrayna isə bunu çox arzulayır. Yəni atəşkəs təcavüzkarın xeyrinə deyil. Təcavüzkar ABŞ isə atəşkəsi özü arzulayırdı, İran isə razılaşmırdı. Deməli, hər bir halda hazırda ən azı təşəbbüs İranın əlindədir, şərtləri o diktə edir. Qazanan isə dünya oldu".
Anar












































