Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sloveniyanın ərzaq təminatı minimuma enir

Sloveniyanın ərzaq təminatı minimuma enir


Sloveniyanın ərzaqla özünütəmin etmə səviyyəsi 2004-cü ildə Avropa Birliyinə qoşulduqdan bəri 25%-ə düşüb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə parlamentdəki "Pravda" partiyasının mətbuat xidməti məlumat verib.

Partiya üzvləri və fermerlər arasında keçirilən görüşdən sonra yayımlanan bəyanatda deyilir:

"Özünütəminetmə artıq seçim deyil. Bu, yaşamaq məsələsidir. AB-yə qoşulmazdan əvvəl təxminən 60% özümüzütəmin edirdik. Bu gün isə bu rəqəm təxminən 25%-ə düşüb. Bu, təsadüfi deyil. Bu, həm Sloveniya, həm də Avropa kənd təsərrüfatını məhv edən səhv siyasətlərin və Brüsselin fəlakətli planlarının nəticəsidir".

"Pravda" partiyasının sədri Zoran Stevanoviç ölkə hakimiyyətini Rusiya enerji resurslarının alınmasını nəzərdən keçirməyə çağırıb. Sloveniya Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Palatasının rəhbəri Jože Podgoršek vəziyyəti 2022-ci ildə enerji qiymətlərinin kəskin artım dövrü ilə müqayisə edib. Kənd Təsərrüfatı Nazirliyi ərzaq qiymətlərinin kəskin artmasının qarşısını almaq üçün əsas ərzaq kateqoriyalarına ƏDV-ni azaltmaq, eləcə də gübrə və toxum ehtiyatlarını tənzimləmək niyyətində olduğunu açıqlayıb.

Anar
Xəbəri paylaş