
Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) tam hüquqlu iştirakını bərpa etməkdə maraqlıdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Diplomat qeyd edib ki, İrəvanın bütün hüquq və öhdəlikləri ilə KTMT-nin tamhüquqlu üzvü olduğunu açıq şəkildə göstərən hüquqi cəhətdən rəsmiləşdirilmiş bir razılaşma, bir anlaşma, qərar var:
"Dəfələrlə vurğuladığımız kimi, başqa bir seçim görmürük. Çoxsaylı şifahi fərziyyələrə, yalanlara və sairə baxmayaraq, heç kim başqa bir qərar verməyib. Əlbəttə ki, biz Ermənistan tərəfinin ortaq təhlükəsizlik strukturumuzun fəaliyyətində tam iştirakını bərpa etməsində maraqlıyıq".
Anar











































