Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın NATO-ya qoşulması ilə bağlı yaxın gələcəkdə heç bir razılaşma olmayacaq

Ukraynanın NATO-ya qoşulması ilə bağlı yaxın gələcəkdə heç bir razılaşma olmayacaq


Ukraynanın Şimali Atlantika Alyansına qoşulma ehtimalı hazırda nəzərdən keçirilmir və yaxın gələcəkdə bu məsələ ilə bağlı heç bir razılaşma əldə olunmayacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Vaşinqtonda Ronald Reyqan adına Prezident İşləri İnstitutunda çıxış edərkən bildirib.

O, Ukraynadan danışarkən qeyd edib ki, Kiyevin NATO üzvlüyü hazırda gündəmdə deyil. Rutte Ukrayna münaqişəsinin həllində əsas amilin Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi olduğunu da deyib.

Alyansın baş katibi əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsinin qısa müddətdə kollektiv şəkildə həll oluna biləcəyini düşünmür.

Anar
Xəbəri paylaş