Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün dəstək axtarır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün dəstək axtarır


Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün müraciət edib.

Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, bunu prezident Sadir Japarov yeni səfirlərin etimadnaməsini qəbul edərkən deyib. O, bu hədəfə çatmaq üçün hazırda üçüncü ölkələrin dəstəyinin çox vacib olduğunu xatırladıb.

“Qırğızıstan Respublikası dünyaya açıqdır, bütün ölkələrlə bərabərhüquqlu əsasda əməkdaşlıq etməyə, lazım gələrsə, təcrübəsini bölüşməyə və investisiya, təhlükəsizlik, ticarət və iqtisadiyyat, elm və texnologiya sahələrində qarşılıqlı faydalı əməkdaşlıq aparmağa hazırdır”, - deyə dövlət başçısı deyib.

Japarov, diplomatik nümayəndəliklərin rəhbərlərinin ölkələr arasında qarşılıqlı hörmətə əsaslanan dostluq və münasibətlərin möhkəmləndirilməsinə əhəmiyyətli töhfələr verəcəyinə əminliyini bildirib.
Xəbəri paylaş