
Çex Respublikası ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır. Hər iki ölkə siyasi dialoqun inkişafına, iqtisadi əlaqələrin genişləndirilməsinə və beynəlxalq platformalarda bir-birinə dəstəyin gücləndirilməsinə xüsusi önəm verir.
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. O bildirib ki,
Andrey Babişin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır:
"Aprelin 27-də Qəbələdə Cənab Prezident İlham Əliyev ilə keçirilən görüş və birgə mətbuata verilən bəyanat iki ölkə arasında mövcud olan sıx və dostluq münasibətlərinin bariz nümunəsidir.
Qeyd etmək istərdim ki, görüş çərçivəsində ölkə başçısı bəyanatla çıxış edərək bildirmişdir ki, iqtisadi sahədə həyata keçiriləcək işlərlə bağlı kifayət qədər konkret ideyalar və təkliflər mövcuddur. Xüsusilə, Andrey Babiş ilə birlikdə Çex Respublikasından geniş tərkibli iş adamları heyətinin Azərbaycana səfəri çox müsbət haldır. Bu gün təşkil olunacaq biznes forumun yeni əlaqələrin qurulmasına və artıq mövcud olan layihələr ətrafında fikir mübadiləsinin genişlənməsinə ciddi töhfə verəcəyinə inanıram".
Anar













































