Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Otuz ildən çox xidmət etmiş hərbi qulluqçuların pensiyaları artırılacaq

Otuz ildən çox xidmət etmiş hərbi qulluqçuların pensiyaları artırılacaq


Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası 30 ildən çox xidmət etmiş hərbi qulluqçuların pensiyalarının artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb. Sənədə əsasən, bu hərbi qulluqçuların pensiyasının hesablanması üçün əmək haqqının 75 faizi deyil, tam məbləğ əsas götürülə bilər.

Bundan əlavə, pensiyanın hesablanmasında istifadə olunan yuxarı həddin artırılması təklif olunur. Əgər hesablama hazırda baza məbləğinin 10 mislinə qədər olan məbləğ əsasında aparılırsa, yeni prosedura əsasən bu limit 12 mislə qədər artırıla bilər.

Bu, bəzi hərbi qulluqçuların pensiyalarının daha yüksək hesablanmasına xidmət edəcək.
Dəyişikliklər "Hərbi qulluqçular və onların ailə üzvləri üçün dövlət pensiya təminatı haqqında" qanun layihəsində nəzərdə tutulub. Sənəd deputatlar tərəfindən ikinci oxunuşda nəzərdən keçirilib.

Süleyman
Xəbəri paylaş