Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın neft ehtiyatları azalıb



ABŞ-ın kommersiya neft ehtiyatları həftə ərzində 6,2 milyon barel azalıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, nəticədə Birləşmiş Ştatların neft ehtiyyatları 459,5 milyon barelə çatıb.

Nazirlik, mövcud ehtiyat səviyyəsinin ilin bu dövrü üçün beş illik orta səviyyədən 1% yüksək olduğunu açıqlayıb.

Londonun ICE birjasında Brent markalı xam neftin fyuçerslərinin qiyməti 5,57% artaraq bir barel üçün 117,46 dollara, WTI xam neftin fyuçerslərinin qiyməti isə 5,42% artaraq bir barel üçün 105,35 dollara çatıb.

Anar
Xəbəri paylaş