Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Normal beyinə malik olan insanlar ədalətsizliyi yox, ədaləti müdafiə etməlidirlər

Normal beyinə malik olan insanlar ədalətsizliyi yox, ədaləti müdafiə etməlidirlər


Sentyabrın 27-si şərəf lövhəmizə qürur və fəxarətlə həkk olundu. Artıq biz nə qədər ağır olsa da, uzun müddət o faciələri, qaranlıq və sabahı olmayan gecələri yaşamışdıq. Lakin 44 gün ərzində biz qəlblərdə daim yanan, heç vaxt sönməyən azadlıq və istiqlal məşəlini alovlandırdıq. Bu məşəl təkcə ölkəmizdə deyil, dünyada ədalətsizliyə qarşı bir dönüş nöqtəsinə çevrildi. Bu dönüş Azərbaycan xalqının birliyi, ordumuzun Vətən sevgisi və Ali Baş Komandan, cənab Prezidentin rəhbərliyi ilə əldə olundu. Bu gün hələ də bu ədalət zəfərini və onun möhürünü qəbul etməyən, onun bərpasından narahat olan qüvvələr mövcuddur və gələcəkdə də olacaqdır. Əslində,onlar beyinsizlər ordusu kimi xarakterizə olunur. Çünki normal beyinə malik olan insanlar ədalətsizliyi yox, ədaləti müdafiə etməlidirlər. Bu insanların beyin yarımkürələri işləmir, onlar iki yarımkürəli yox, bir beyin yarımkürəsinə malikdirlər. Neyroelmdə öz dövlətinin uğuruna sevinməyən insanların xarakteristikası mövcuddur. Nə sol, nə sağ beyin yarımkürəsinə malik olmayanlar “beyinsizlər” adlanır. Sadəcə olaraq fərq ondadır ki, Azərbaycanın daxilində olanlar isə həmin “beyinsizlər ordusu”nun muzdlu əsgərləridir. Tibb və nevropsixologiya göstərir ki, insan beyni kompleks və inteqrativ işləyir. Nevrobiologiyada məlumdur ki, insan beyinləri arasında koordinasiya pozulanda “beyinsizlik” əmələ gəlir. Bunların koordinasiyası pozulub. Nə xoş ki, xalqımız bunları qəbul etməyib. Xalqımız qətiyyətin, müdrikliyin, böyük düşüncənin və ədalətin yanındadır, çünki inkişaf həmişə zəfər gətirir.
Xəbəri paylaş