
"Rusiya və Ukarayna arasıda sülh danışıqları hazırda pauza rejimindədir. Ukrayna prezidenti Azərbaycanda səfərdə olarkən Zelenski Rusiya ilə Ukrayna arasında danışıqların Azərbaycanda keçirilməsini təklif etmişdi. Belə danışıqlara Rusiya tərəfinin gedib-getməyəcəyindən asılı olmayaraq Azərbaycan bu danışıqlar üçün bir neçə aspektdən uyğun ölkədir".
Newscenter.az xəbər verir ki, bunları hüquq müdafiəçisi Sahib Məmmədov deyib. O bildirib ki, Azərbaycanla Ukrayna arasında strateji münasibətlər mövcuddur:
"Azərbaycan Ukraynaya humantiar xarakterli yardımlar edir və bu həm Ukraynada, həm də Qərbdə müsbət reaksiya doğurur. Rusiyanın rəsmi dairələrində isə bəzi deputatların və jurnalistlərin açıqlamaları istisna olmaqla qıcıq yaratmır.
Azərbaycanla-Rusiya müttəfiqlik və qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayıb. Təyyarə qəzasından sonra yaranan gərginlik hazırda aradan qalxmadadır. Prinsipcə Rusiya tərəfi danışıqlara razılıq versə onun Azərbaycanda keçirlməsinə güman ki, etiraz etməz".
Sahib Məmmədov qeyd edib ki, Azərbaycan regionun ən təhlükəsiz ölkələrindəndir:
"Bu baxımdan ən yüksək səviyyədə görüşlər təhlükəsiz şəraitdə keçirlilə bilər. Azərbaycan postkonfilikt ölkəsidir. Biz sülh danışıqlarında təcrübəmizi də bölüşə bilərik. Azərbaycan Prezidenti həm MDB məkanıda, həm də qlobal məkanda yüksək nüfuza malikdir. Regionda sülh və əmkdaşlığın təmin olunması da, dövlətlərarası münasibətlərin tənzimlənməsində əhəmiyyətli rola malikdir. Azərbaycan Qoşulmama hərktının lider dövlətlərindədir və bu da neytrallıq üçün yaxşı təminatdır".
Anar











































