Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və Ermənistan arasında sərhəd qapılarının açılması mümkün görünür

Türkiyə və Ermənistan arasında sərhəd qapılarının açılması mümkün görünür


"Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir. Bu səfəri iki ölkə arasında normal münasibətlər sisteminin formalaşması istiqamətində mühüm səfər kimi xarakterizə etmək olar".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Şahin Mustafayev Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir və bu səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi əlaqələr, eləcə də sərhədlərin delimitasiya-demarkasiyasinı müzakirə etməkdən ibarətdir:

"Öten gün N. Pasinyan iki ölkə arasında sərhədlərin delimitasiya-demarkasiyasının yaxın perspektivdə başlanacağını qeyd edib. Həmçinin iqtisadi əlaqələrin qurulması və hər iki ölkənin məhsullarının ticarəti razılaşdırılması istisna deyil.

Ermənistanda seçkilər yaxınlaşır və N. Paşinyanın qələbə əldə etməsi üçün ciddi müsbət proseslər lazımdır. Bu mənada Türkiyə və Ermənistan arasında sərhəd qapılarının açılması mümkün görünür".

Süleyman
Xəbəri paylaş