
Birləşmiş Krallıq, Şimali Avropa müttəfiqləri ilə birlikdə, Rusiyaya qarşı yeni dəniz tərəfdaşlığı qurmaq planları hazırlayır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Birinci Dəniz Lordu, general Qvin Cenkins bildirib.
Onun təklifi 2014-cü ildən bəri Birləşmiş Krallığın komandanlığı altında fəaliyyət göstərən Birgə Ekspedisiya Qüvvələri (JEF) modelinə əsaslanır. Bu regional müdafiə alyansı 10 Skandinaviya ölkəsindən ibarətdir: Birləşmiş Krallıq, Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya.
O, Londonda Kral Birləşmiş Xidmətlər İnstitutunun Müdafiə və Təhlükəsizlik Tədqiqatları (RUSI) çıxışında bildirib ki, Uzaq Şimal, Şimali Atlantika və Baltik dənizi bölgələrində yaranan təhdidlərə tez bir zamanda cavab verə bilmək üçün birlikdə çalışılır.
Mehman










































