Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Qazaxıstanda yeni baş konsulluq açır

Rusiya Qazaxıstanda yeni baş konsulluq açır


Qazaxıstanın Aktau şəhərində Rusiyanın Baş Konsulluğunun açılması prosesi son mərhələdədir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə danışıqlardan sonra bildirib.

Nazir mətbuat konfransında deyib ki, ölkələrimiz bir-birinin ərazilərində optimal səviyyədə diplomatik və konsulluq mövcudluğunu təmin etmək üçün işlərini davam etdirir:

"Bu gün biz qeyd etdik ki, Xəzər dənizi sahilindəki Aktau şəhərində Rusiya Baş Konsulluğunun açılması prosesinin son mərhələsinə qədəm qoyub".

Qeyd edək ki, Qazaxıstanda Rusiyanın Astanadakı səfirliyi, eləcə də Almatı, Uralsk və Ust-Kamenoqorskdakı baş konsulluqları fəaliyyət göstərir.

Mehman
Xəbəri paylaş