
Ermənistanın Minskdəki müvəqqəti işlər vəkili Artur Sarkisyana Yerevanın son qeyri-dost hərəkətləri ilə bağlı sərt etiraz bildirilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi bildirib.
Belə ki, bir müddət əvvəl Ermənistan Parlamentinin spikeri Alen Simonyan ictimai televiziyaya verdiyi müsahibədə Rusiyanın guya respublikada hökuməti dəyişdirmək üçün siyasi əməliyyat keçirdiyi iddiasını səsləndirmişdi. O, Ermənistandakı vəziyyəti Rusiyadan idarə olunan Belarusdakı vəziyyətlə müqayisə etmişdi.
Bu səbəbdən 5 may 2026-cı ildə Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sarkisyan Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Erməni diplomata qarşı sərt etiraz bildirilib və Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar müvafiq nota təqdim edilib.
Anar











































