
Özbəkistanın qızıl ehtiyatları artıb.
Newscenter az "Sputnik Özbəkistan"az istinadən bildirir ki, 1 may 2026-cı il tarixinə görə, Özbəkistanın qızıl və valyuta ehtiyatlarının ümumi həcmi 70,8 milyard dollar təşkil edib.
Məlumatda qeyd olunur ki, Özbəkistanın beynəlxalq qızıl və valyuta ehtiyatlarında qızılın miqdarı durmadan artır.
1 yanvar 2026-cı il tarixinə 55 milyard dollar dəyərində 12,6 milyon unsiya qızıl olub. 1 may tarixinə isə qızıl ehtiyatlarının dəyəri 61,5 milyard dollara, ehtiyatların həcmi isə 13,3 milyon unsiyaya çatıb.
1 may 2026-cı il tarixinə Özbəkistanın qızıl və valyuta ehtiyatlarının ümumi həcmi 70,8 milyard dollar təşkil edib. Bunun 61,5 milyard dolları qızılın payına düşür.
Süleyman











































