
"Həyata keçirilən uğurlu tədbirlər və qadınlara yönəlik siyasət nəticəsində 2025-ci ildə qadınların bələdiyyələrdə iştirakçılığı artıb".
Newscenter.az xəbər verir ki, bunları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. Komitə sədri qeyd edib ki, keçən il bələdiyyələrdə qadınların iştirakçılıq səviyyəsi 30 faizdən 39 faizə qalxıb:
"Eyni zamanda qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqlarında da qadınların iştirakçılıq payı artıb. Bu müsbət tendensiya artım dinamikası ilə müşahidə olunur".
Komitə sədri onu da vurğulayıb ki, Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti ölkədə gender bərabərliyinin təmin edilməsinə yönəlib.
Süleyman












































