Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp Türkiyəni fakt qarşısında qoyur

Tramp Türkiyəni fakt qarşısında qoyur


"ABŞ Prezidenti Donald Trampın İranla razılaşma şərtlərinə Türkiyə daxil Yaxın Şərq ölkələrinin İsraillə "İbrahim anlaşması" imzalanması tələbini irəli sürməsi məsələsi ilk növbədə Türkiyə üçün dəyərləndirilməsi vacib məsələdir. Türkiyənin bunu qəbul etməyəcəyini düşünürəm, amma bu, bir sıra vacib məsələləri özündə ehtiva edəcək".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Türkiyə İsrailin ona hücum edəcəyini bildirir və buna hazırlaşır:

"Müqaviləyə imza atsa, bu hücumun olması məntiqlə mümkün deyil, hansı ki, bu məsələ uydurmadan başqa bir şey deyildir. İmza atmayacaqsa, deməli, Türkiyə özü bu qarşıdurmada maraqlıdır. Tramp bununla Türkiyəni fakt qarşısında qoyur".

Azər Qasımov qeyd edib ki, Yaxın Şərqdə bütün problemlərin həlli İsraillə olan münasibətlərin həllindən keçir:

"Tramp da problemi birdəfəlik həll etmək üçün bu addımı tələb edir. Amma Sepah, Hizbullah, HƏMAS və s. kimi qruplaşmalar məhv edilmədikcə Yaxın Şərqdə stabillik mümkün görünmür. Təkcə anlaşma üçün adları çəkilən ölkələr razılığa gələrlərsə Yaxın Şərqdə stabilliyə nail oluna bilər".

Süleyman
Xəbəri paylaş