Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Rusiya ilə dialoqa başlamağa məcbur olacaq

Avropa Rusiya ilə dialoqa başlamağa məcbur olacaq


Avropa İttifaqında elektrik enerjisinin qiymətlərinin artması səbəbindən Avropa bu qışdan gec olmayaraq Moskva ilə dialoqa başlamalı olacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Slovakiyadan olan Avropa Parlamentinin üzvü Yudita Laşakova deyib.

“Bəli, Aİ ilə dialoqu bərpa etmək üçün bu cür cəhdlər müşahidə olunur və mənim səfərim buna bir nümunədir. Amma bu yay olmasa belə, qış avropalıları ideologiyanı kənara qoyub xalqlarının rifahı naminə praktik məsələlərə diqqət yetirməli olduqlarına inandıracaq. Enerji baxımından qış dövrü dialoqu asanlaşdıracaq. Sual kifayət qədər resursların olub-olmamasında deyil, onların nə qədər başa gələcəyində olacaq”, - deyə Laşşakova bildirib.

Avropa Parlamentinin üzvünə görə, AB-də elektrik enerjisi qiymətləri elə olacaq ki, vətəndaşlar ilin sonunda onların hesablarında əks olunacağını görəcəklər. Nəticə etibarilə, siyasətçilər artıq buna göz yuma bilməyəcəklər. "Əgər bu dialoq bu yay bərpa olunmasa, 2026-2027-ci illərin qışından sonra mütləq bərpa olunacaq", - deyə Laşşakova əlavə edib.

Arzu
Xəbəri paylaş