Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hidayət Orucov vəfat edib

Hidayət Orucov vəfat edib


Azərbaycanın dövlət xadimi Hidayət Orucov vəfat edib.

Newscenter.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Keçmiş diplomat 82 yaşında dünyasını dəyişib.

Hidayət Orucov müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, milli siyasət məsələləri üzrə Dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.

Hidayət Orucov 2012–2021-ci illərdə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.

Arzu
Xəbəri paylaş