Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq

Azərbaycan-İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq


Yaxın Şərq regionu yeni müttəfiqliklərin astanasında kimi görünür. ABŞ və İran arasında Cenevrədə imzalanması gözlənilən "İslamabad anlaşması" deyilən 14 bəndlik sənədin şərtləri həqiqətən də yazıldığı kimidirsə, deməli, ABŞ İranın güclənməsində, bu halda hətta regional gücə çevrilməsində maraqlı olur. İranın güclənmiş imici Körfəz ölkələrinin və Türkiyənin maraqlarına nə qədər uyğun olacaq? Birmənalı ərəb ölkələri bundan narazı olacaq. Türkiyənin də bunu qəbul etməsi mümkün deyil.

Əsas məsələ İsrail nə edəcək? Görünən odur ki, ABŞ İsrailin maraqlarından yox, geosiyasi maraqlar fonunda hərəkət edir. Bu da İrana yeni rol verməklə Çin, Rusiya vektorunda güclü alternativ yaratmaq məqsədi daşıyır. Sanksiyalar altından çıxacaq İran dini formadan nisbətən sekulyar idarəçiliyə də keçəcəksə, bu, İranın əhəmiyyətini artıracaq. Çünki İran idarəçilikdə Türkiyə ilə müqayisədə daha çox stabil və proqnozedilən olacaq.

İsrail və ərəb ölkələri arasında yeni daha ciddi müttəfiqliklərin yaranması mütləq olacaq, əgər İran hərbi güc kimi regionda iştirakını artırmaq istəyəcəksə. Ona kimi İsraildə hakimiyyət dəyişikliyi olacaqsa, bu, Türkiyə və İsrail arasında da yeni müttəfiqlik yaranmasını labüd edəcək.

ABŞ-ın İran kampaniyasında Türkiyənin tutduğu mövqeyin strateji xarakteri qeyd edilən nəticə fonunda gələcək üçün nə vəd etdiyi barəsində hələlik ciddi fikir bildirmək istəmirəm. Amma İran Azərbaycanla münasibətlərdə əvvəlki siyasi xəttini davam etdirəcəksə, hansı ki, belə olacağı fikrindəyəm, onda Azərbaycanın ABŞ-ın gələcək adminstrasiyasının fərqli münasibətləri fonunda Azərbaycan-İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq. Buna Türkiyənin reaksiyası maraqlı olacaq, ona kimi Türkiyə və İsrail də eyni mövqeyə gəlmiş olmasalar.

Azər Qasımov,

ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi
Xəbəri paylaş