
2040-cı ilə qədər Özbəkistanda tikiləcək mənzil vahidlərinin sayını ikiqat artırmaq və şəhərləşmə səviyyəsini hazırkı 51%-dən 65%-ə çatdırmaq planlaşdırılır.
Newscenter.az xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirzeyoyev deyib. O bildirib ki, paytaxt Daşkəndə bitişik ərazidə 2 milyon nəfər üçün nəzərdə tutulmuş müasir Yeni Daşkənd meqapolisi tikilir. Əndican, Namanqan və Səmərqənd şəhərlərini bir milyondan çox əhalisi olan şəhərlərə çevirmək üçün layihələrə başlanılıb. Ümumiyyətlə, ölkədə mənzil tikintisi layihələri ildə ən azı 10 milyard dollarlıq zəmanətli bazar təmin edir.
Bundan əlavə, Özbəkistan infrastrukturun qurulması üçün investorlarla birlikdə 27 milyard dollarlıq dövlət-özəl tərəfdaşlıq layihələrini həyata keçirməyə hazırdır.
Süleyman













































