
Qazaxıstanda suşidən kütləvi zəhərlənmə hadisəsi baş verib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Almatı vilayətində qeydə alınıb. Məlumata görə, Almatı vilayətinin Boralday qəsəbəsində 19 nəfər suşidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Onlar Alatau bazarının ərazisində yerləşən Sushi Time ictimai yerində yemək yeyiblər.
Hadisə ilə bağlı ilk məlumatlar daxil olan andan etibarən sanitariya-epidemioloji xidmətin, səhiyyə müəssisələrinin və yerli icra hakimiyyəti orqanlarının mütəxəssisləri obyektə səfərbər olunub.
Laboratoriya analizi üçün qida məhsullarının nümunələri götürülüb və materiallar səlahiyyətli orqanlara göndərilib.
Hadisənin bütün halları tam aydınlaşana qədər Sushi Time ictimai iaşə müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Şeyda













































