
"Kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət yetirilməlidir. Çünki bu sahənin inkişafı ilk növbədə ərzaq təhlükəsizliyinin təminatı baxımından əhəmiyyətlidir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının inkişaf ilə bağlı keçirdiyi müşavirədən sonra bu sahədə xüsusi canlanma müşahidə olunur:
"Cənab Prezident müşavirədə müvafiq qurumlar qarşısında konkret vəzifələr qoydu və həmin vəzifələrin icrası istiqamətində artıq müəyyən işlər görülür. Əminəm ki, müşavirədən sonra Cənab Prezidentin təsdiq etdiyi Dövlət Proqramı uğurla icra olunaraq aqrar sahənin inkişafına öz müsbət təsirini göstərəcək".
Süleyman












































