
İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası istiqamətində həyata keçirilən layihələr regionun zəngin irsinin qorunmasına xidmət edir.
Ağdam Cümə məscidinin, Qiyaslı kənd məscidinin bərpası, Ağdam Muğam Mərkəzinin istifadəyə verilməsi və Zəngilan şəhərində tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlər bu prosesin mühüm nümunələrindəndir.
Bərəkət İctimai Birliyi milli-mədəni irsin qorunmasını yalnız tarixi abidələrin bərpası deyil, həm də gələcək nəsillərə milli-mənəvi dəyərlərin ötürülməsi baxımından vacib hesab edir.












































