Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq marşrutlarda yükdaşımalar azalıb

Beynəlxalq marşrutlarda yükdaşımalar azalıb


2026-cı ilin ikinci rübündə Özbəkistan daxilində yük daşımalarına tələbat kəskin şəkildə artsa da, beynəlxalq marşrutlarda isə artım demək olar ki, dayanıb.

Newscenter.az xəbər verir ki, bu barədə ATI.SU beynəlxalq logistika platforması məlumat verib.

Məlumata görə, Rusiya marşrutu üzrə sifarişlər illik müqayisədə 18%, birinci rüblə müqayisədə isə 61% azalıb. Qazaxıstandan daşınmalar 10% azalsa da, Belarus marşrutunda təxminən iki dəfə artım qeydə alınıb.

İxrac daşımaları isə sabit qalıb. Avtomobil daşımaları üçün müraciətlərin sayı illik müqayisədə 1% artıb. Rusiya marşrutunda 3%, Belarus marşrutunda isə 31% artım müşahidə olunub. İxrac marşrutlarında avtomobil daşımalarının orta qiyməti bir qədər artıb.

Ən yüksək artım daxili daşımalarda qeydə alınıb. İkinci rübdə müraciətlərin sayı birinci rüblə müqayisədə iki dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə isə dörd dəfə artıb.

Süleyman
Xəbəri paylaş