Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının növbəti Məşvərət Görüşü keçiriləcək

Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının növbəti Məşvərət Görüşü keçiriləcək


Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının növbəti Məşvərət Görüşü Türkmənistanda keçiriləcək.

Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, Məşvərət Görüşünə hazırlıq məsələsi Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov arasında keçirilən telefon danışığı zamanı müzakirə edilib.

Berdiməhəmmədov Türkmənistanın Avaza şəhərinin Məşvərət Görüşünü keçirməyə hazır olduğunu bildirib. Söhbət zamanı regional gündəliyin əlaqələndirilməsinə və təşviqinə xüsusi diqqət yetirilib. Türkmənistan lideri görüşün bu ilin payızında keçiriləcəyini diqqətə çatdırıb.

Liderlərin telefon danışığı zamanı birgə əməkdaşlıq layihələri, enerji, sənaye, kənd təsərrüfatı və su təsərrüfatı, nəqliyyat sektorlarında əməkdaşlıq, parlamentlərarası, regionlararası, biznes və mədəni-humanitar mübadilələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Süleyman
Xəbəri paylaş