Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tətildə "şou" önəmlidir, yoxsa əsl rahatlıq və kəşf?

Tətildə "şou" önəmlidir, yoxsa əsl rahatlıq və kəşf?


Tətildə "şou" önəmlidir, yoxsa əsl rahatlıq və kəşf?. Newscenter.az xəbər verir ki, belə bir sualla Kəmalə Bayramova xitab edib. O bildirib ki, indi adam səyahətə çıxanda sanki tətilə yox, Kann kinofestivalının qırmızı xalısına hazırlaşır:

"Çamadanı açırsan, hərəsi ayrı bir nümayiş üçün bir ton paltar, 5 qutu makiyaj, saç lakı. Yoldaşlar, bu nədir? Görəsən, məqsəd gedilən yeri kəşf etməkdir, yoxsa "mən filan yerdəyəm" möhürünü vura-vura geyimləri nümayiş etdirmək?".

Onun sözlərinə görə, getdikləri yerdə də mənzərədən əvvəl yeməyin şəklini çəkirlər, "çiki-çiki" geyimlərdə, az qala toy paltarında:

"Daş-divarın dibində elə pozlar verirlər ki, adam elə bilir turizm agentliyi deyil, moda evinin kataloqudur. Hər şey planlı, hər şey süni, hər şey "gözə soxmaq" üstünə qurulub. Axı insan dincəlməyə, ruhunu dincəltməyə gedəndə heç ağlına gələr ki, fasiləsiz olaraq kameraya oynasın?"

Kəmalə Bayramova qeyd edib ki, həqiqi səyahət – sadə bir geyim, rahat ayaqqabı, şəhərin küçələrini addım-addım kəşf etmək, təbiətin və ya tarixin nəfəsini hiss etməkdir:

"Lap şəklin də sadə olsun, əsas odur ki, xatirən və istirahətin həqiqi olsun, saqqız kimi uzadılmış süni görüntülər yox!".
Xəbəri paylaş