
ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı hərbi əməliyyatının tezliklə başa çata biləcəyini bildirib.
Vaşinqton administrasiyasının rəhbəri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən, neft qiymətlərinin "müharibə bitdikdə" düşəcəyini gözlədiyini vurğuladı. "Və düşünürəm ki, bu, tezliklə bitəcək", - deyə o əlavə etdi. "Düşünmürəm ki, onlar daha çox dözə biləcəklər", - deyə o, İrana işarə edərək əlavə etdi.
Tramp həmçinin qeyd edib ki, "Mən danışıqlarda iştirak edirəm. Düşünürəm ki, biz yaxşı iş görürük." O, ABŞ və İran arasında razılığa gəlmək ehtimalına toxunaraq vurğulayıb ki, "bu, tezliklə baş verə bilər".












































