Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankara, İslamabad və Ər-Riyad birgə təlimlər keçirəcək

Ankara, İslamabad və Ər-Riyad birgə təlimlər keçirəcək


Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə texnologiyaları sahəsində səylərini birləşdirəcək, hərbi təcrübə mübadiləsi aparacaq və birgə təlimlər keçirəcəklər.

Newscenter.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb. Bildirilib ki, bu, Məkkə Sazişində nəzərdə tutulub. Saziş payız sessiyasında Türkiyə parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Qəzetin məlumatına görə, üç ölkə arasında hərbi əməkdaşlığın ilk addımı uzunmüddətli hərbi əməkdaşlığın təməlini qoyacaq hərbi personalın mübadiləsi olacaq. Birgə təlimlərin keçirilməsi potensial böhran vəziyyətlərində üç ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılmasına kömək edəcək.

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə həmçinin istehsal, texnoloji və tədqiqat imkanlarından istifadə edərək müdafiə sənayesində fəal əməkdaşlıq etməyi planlaşdırırlar.

Süleyman
Xəbəri paylaş