Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqazın gələcək siyasi-iqtisadi düzənində yeni mərhələnin başlanğıcı

Cənubi Qafqazın gələcək siyasi-iqtisadi düzənində yeni mərhələnin başlanğıcı


“Ağ Ev rəhbəri Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı Amerika-Azərbaycan münasibətlərinin getdikcə daha geniş xarakter aldığını və dərinləşdiyini göstərir. Telefon danışığının əsas mövzusunun sülh, regional təhlükəsizlik, eyni zamanda nəqliyyat bağlantıları və TRIPP layihəsi kimi məsələləri əhatə etməsi onu deməyə əsas verir ki, Vaşinqton Cənubi Qafqazda sülh və təhlükəsizlik, eyni zamanda sülh və təhlükəsizlik fonunda qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Donald Trampla İlham Əliyev arasında baş tutan telefon danışığını şərh edərkən deyib. O bildirib ki, son telefon danışığını sadəcə diplomatik təmas kimi deyil, eyni zamanda Azərbaycan–ABŞ münasibətlərində və bütövlükdə Cənubi Qafqazın gələcək siyasi-iqtisadi düzənində yeni mərhələnin başlanğıcıdır:

“Hansı ki, bu mərhələnin başlanğıcının təməli bir il il əvvəl ABŞ və Azərbaycan prezidentləri, eləcə də Ermənistanın baş nazirinin imza atdığı Vaşinqton Bəyannaməsi ilə qoyuldu.

“Azərbaycan üçün qarşıdakı mərhələ xüsusilə əhəmiyyətli olacaq. O baxımdan ki, qarşıda əldə olunan diplomatik uğurları davamlı iqtisadi və siyasi nəticələrə çevirmək kimi vəzifə dayanır. Bu mərhələni də Azərbaycanın uğurla həyata keçirəcəyi şübhəsizdir”.

Arzuman Muradlı hesab edir ki, 1 il əvvəl imzalanmış Vaşinqton Bəyannaməsindən sonra dərinləşən ABŞ-Azərbaycan münasibətləri birincinin Cənubi Qafqazda möhkəmlənməsi baxımından da əhəmiyyətlidir:

“ABŞ üçün Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin formalaşdırılması Vaşinqtonun regiondakı strateji rolunu gücləndirə bilər. Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi bir qədər də dinamik xarakter alıb yekun müqavilə imzalanarsa, o zaman TRIPP və digər regional nəqliyyat bağlantı layihələrinin də həyata keçirilməsi reallaşacaq. Bu da öz növbəsində ABŞ üçün də siyasi, regional və iqtisadi dividentlər qazandıracaq. Ən əsası, Cənubi Qafqaz regionu uzun illər davam edən qarşıdurma və qapalı sərhədlər məkanından ticarət, nəqliyyat və əməkdaşlıq platformasına çevriləcək”.

Süleyman
Xəbəri paylaş