Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan nüvə enerjisini süni intellekt əsaslı yeni iqtisadi modelin qurulmasına yönəldir

Ermənistan nüvə enerjisini süni intellekt əsaslı yeni iqtisadi modelin qurulmasına yönəldir


"Avqustun 8-də Ermənistanda Firebird AI Factory – böyük AI hesablama infrastrukturu təqdim edilib. 2027-ci ilin sonunadək burada 70 mindən çox NVIDIA Blackwell və Rubin GPU-nun yerləşdirilməsi, infrastrukturun gücünün 300 MVt-a çatdırılması nəzərdə tutulur. Ümumi investisiyanın 4 milyard dollaradək çatacağı gözlənilir".

Newscenter.az-ın xəbərinə görə, bunu deyən Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, 300 MVt çox böyük rəqəmdir:

"Firebird-in məqsədi Ermənistanda yeni bir biznes sahəsi- Aİ hesablama gücü formalaşdırmaqdır. Bunun üçün Ermənistana iki kritik resurs lazımdır: Enerji və internet.
Ermənistanın üstünlüklərindən biri nüvə enerjisidir.

Metsamor AES-in fəaliyyətinin uzadılması, paralel olaraq kiçik modul nüvə reaktorlarının alınması məhz buna yönəlib. ABŞ ilə bununla bağlı müqavilə də imzalayıblar. Görünən odur ki, Ermənistanda addım-addım belə bir iqtisadi model qurulur:

Nüvə enerjisi - 24/7 elektrik - NVIDIA GPU - hesablama gücü - AI məhsulları - ixrac.

İkinci məsələ internetdir. Hansı ki, keyfiyyətli və alternativli internet Ermənistanda həmişə problem olub. Firebird üçün 1 Tbit/s-dək magistral bağlantı nəzərdə tutulur. İyunda Telecom Armenia ilə AzerTelecom arasında müqavilə imzalanıb və Ermənistanın beynəlxalq internet trafikinin bir hissəsinin Azərbaycan infrastrukturu üzərindən təmin edilməsi nəzərdə tutulur".

Osman Gündüz qeyd edib ki, bu bağlantının Firebird üçün olduğu açıqlanmayıb. Amma Azərbaycan gələcəkdə bu AI infrastrukturunun tranzit internet marşrutlarından birinə çevrilə bilər:

"Azərbaycanla bağlı çağırışlar nədir ? Məncə əsas məsələ Ermənistanın bizdəki 30–40 GPU qarşılığında 70 min GPU yerləşdirməsi deyil. Əsas məsələ həmin 70 min GPU üzərində Ermənistanın yeni biznes sahəsi və yeni iqtisadi model qurmasıdır.

Bu infrastruktur ətrafında AI startapları, qlobal şirkətlər, universitetlər, mühəndislər və vençur kapitalı cəmləşəcək. Uğurlu olarsa, 10–20 ildə əsas gəlir Firebird-in özündən deyil, onun ətrafında yaranan AI iqtisadiyyatından gələcək. Bu sektor Ermənistanın ixracının və dövlət büdcəsinin əsas dayaqlarından birinə çevrilə bilər.

Kiçik bir hesablama ilə yaxın 10 ildə Ermənistan büdcəsinin 30%-nin İT və süni intellktdən formalaşa biləcəyini proqnozlaşdırmaq olar.

Bizim enerji, yaşıl enerji, fiber-optik tranzit və maliyyə imkanlarımız daha böyükdür. Xəzər üzərindən reallaşmaqda olan AzerTelecom-a məxsus Mərkəzi Asiya–Azərbaycan–Avropa rəqəmsal dəhlizi də ciddi üstünlükdür. İki kiçik superkompüter infrastrukturu da yaradılıb".

Mərkəz rəhbəri qeyd edib ki, son dövrdə hökumətin bu sahəyə diqqətinin artması, Rəqəmsal İnkişaf Şurasının yaradılması, sektroda dinamikanın artması və yeni konseptual sənədlər müsbət siqnallardır. Bir müddət öncə Prezident İlham Əliyev ölkədə data mərkəz infrastrukturunun formalaşmasının prioritetliyi məsələsinə də diqqət yönəltmişdi:

"Yeri gəlmişkən, Ermənistanda, Qazaxıstanda və regionda baş verənlər göstərir ki, miqyas və biznes modeli baxımından, cəmiyətin böyük hədəflərə fokuslanmağı baxımından biz ləngiyirik. Qonşu ölklərdə atılan addımlara, onların mediasında gedən müzakirələrə diqqət yetirdikdə daha böyük hədəflərin müzakirə predmeti olduğunu görürürk.

Biz isə görünən odru ki bəzən cəmiyyət olaraq mənasız və faydasız müzakirələrə çox zaman xərcləyirik. Qlobalda, regionda rəqabətə davamlılıqla bağlı ciddi proseslərin baş verdiyi bir zamanda daha böyük hədəflərə fokuslanmaq doğru olardı.

Azərbaycanın 2030–2035-ci illər üçün konkret AI hesablama gücü hədəfi müəyyən edilməli, böyük yatırımlar və qlobal AI/data-center şirkətləri ölkəyə cəlb olunmalıdır.
Əsas resurslarımızdan olan enerjini yalnız xammal kimi ixrac etmək yox, onu daha yüksək əlavə dəyərə, hesablama gücünə, Aİ məhsullara və xidmətlərə çevirməklə qlobala çıxartmağa diqqət yetirmək doğru olardı".

Süleyman
Xəbəri paylaş