
Rusiya 2026-cı ilin ikinci rübündə Gürcüstan vətəndaşları üçün ən populyar beş istiqamət arasında yer alıb.
Newscenter.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, 2026-cı ilin ikinci rübündə Gürcüstan vətəndaşları və sakinləri xaricə 740.000-dən çox səyahət ediblər ki, bunun da 14,5%-i Rusiyaya olub. Rusiya populyarlıq baxımından dördüncü yerdədir.
Səfərlərin 34,2%-ni təşkil edən Türkiyə birinci yeri tutub. Aİ ölkələri ikinci (19,7%), Ermənistan üçüncü (19,2%) və digər ölkələr beşinci (10,7%) yer alıb.
Anar












































