
İranın xarici işlər naziri Abbas Araqçi Pakistana səfər edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaein məlumat verib.
Onun sözlərinə görə, səfər zamanı XİN rəhbərini İran Məclisinin sədri Məhəmməd Baqher Galibaf da müşayət edəcək:
"Hər iki şəxs Pakistana səfər etmək üçün dəvət alıblar və uyğun vaxtda İslamabada səfər edəcəklər".
O deyib ki, sözügedən səfər fürsət yarandıqda baş tutacaq.
Anar












































