
Kişinyov Brüsselin Rusiya əleyhinə direktivlərini kor-koranə şəkildə həyata keçirir və Moskva ilə sivil diplomatik dialoqdan yayınır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. O bildirib ki, Kişinyov müstəqillik hissini belə itirib və Brüsselin direktivlərinə, əsasən Rusiyaya qarşı hərəkət edir:
"Buna görə də Moldova hakimiyyəti nəyin bahasına olursa olsun, Moldovanın ictimai-siyasi məkanını ölkəmizlə əlaqəli hər şeydən təmizləmək istəyi var. Bu məqsədlə Kişinyov rejimi rus və rusdilli medianın işini məhdudlaşdırıb, Rusiya ilə konstruktiv dialoqu bərpa etməkdə maraqlı olan siyasi rəqiblərinə qarşı repressiyalara başlayıb və Rusiya-Moldova əlaqələrini iqtisadi, elmi, təhsil, mədəni və humanitar sahələrdə mümkün qədər çətinləşdirməyə çalışıb"
Qaluzinin sözlərinə görə, bu kontekstdə Moldova ilə Rusiya arasında münasibətləri normallaşdırmaq çətindir.
Anar












































