Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda dövlət qurumlarında özbək dilindən istifadəyə ciddi nəzarət ediləcək

Özbəkistanda dövlət qurumlarında özbək dilindən istifadəyə ciddi nəzarət ediləcək


Özbəkistanda dövlət qurumlarında və təşkilatlarında işlərin dövlət dilində aparılması qaydası ilə bağlı yeni qaydalar müəyyən edilib.

Newscenter.az xəbər verir ki. Özbəkistanın Nazirlər Kabinetinin müvafiq qərarı ilə rəhbərlərin mənəviyyat və dövlət dili məsələləri üzrə məsləhətçilərinin fəaliyyətini tənzimləyən qayda təsdiq edilib.

Dövlət dili qaydalarına riayət etməklə yanaşı, məsləhətçilər coğrafi obyektlərin adlanması və mənəvi-maarif sahəsi ilə bağlı qanunvericiliyin icrasına da nəzarət edəcəklər.

Onların vəzifələrinə həmçinin normativ hüquqi akt layihələrinin linqvistik ekspertizasının aparılması üçün tədbirlərin görülməsi daxildir.

Mənəviyyat və dövlət dili məsələləri üzrə məsləhətçi vəzifələrinin tətbiqi 2025-ci ilin oktyabr ayına planlaşdırılmış və 1 yanvar 2026-cı il tarixində qüvvəyə minmişdir. 7 avqust tarixli qərar onların iş mexanizmini dəqiq müəyyən etmişdir.

Anar
Xəbəri paylaş