
Şanxay hakimiyyəti güclü yağışların yaratdığı qismən daşqınlar səbəbindən 215.000-dən çox sakini təxliyə edib.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, son 12 saat ərzində şəhərin müxtəlif ərazilərinə 150-220 ml yağış düşüb. Metropolitendə güclü yağışlarla bağlı narıncı xəbərdarlıq edilib.
Daha əvvəl Şanxay Meteorologiya Bürosu bəzi rayonlarda və küçələrdə 15-30 sm daşqın olacağı barədə xəbərdarlıq etmişdi.
Pudong, Baoshan, Minhang, Jiading, Jinshan, Fengxian, Songjiang və Qingpu rayonlarındakı alçaq ərazilərə və yeraltı keçidlərə orta hesabla 15-30 sm yağış suyu düşə bilər.
Arzu













































